"Twitter" və "Telegram" platformalarında ABŞ və NATO-nun məxfi planlarının detalları əks olunan sənədlər yayılıb.
Modern.az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, artıq bununla bağlı Pentaqonun təhqiqatı başlayıb.
Yayılan sənədlərdə ABŞ və NATO-nun planlaşdırılan hücumdan əvvəl Ukrayna silahlı qüvvələri ilə bağlı planları təsvir edilib. Hərbi analitiklərin fikrincə, sənədlər qismən redaktə olunub. Belə ki, ABŞ-ın müharibədə ölən ukraynalılarla bağlı təxminləri sənədlərdə şişirdilib və Rusiya Federasiyasının itkiləri az göstərilib.
Bildirilib ki, gözlənilən silah tədarükü, qoşun və batalyonların say tərkibi və digər planların foto və qrafiklər şəklində əks olunduğu sənədlərdə bəzi real məlumatlar da ola bilər. Sənədlərdə Ukraynanın nə vaxt və harada hücuma başlamaq niyyəti ilə bağlı planlar göstərilmir. Məsələn, HIMARS-a xərclənən vəsaitin həcmi qeyd olunub. Yaxud yanvar-aprel ayları üçün Ukrayna hərbi hissələrinə silah tədarükü qrafiki verilib.
Sənəddə yaradılan 12 döyüş briqadası haqqında qısa məlumat var, onlardan 9-u ABŞ və digər NATO müttəfiqləri tərəfindən təlim keçib və təchiz olunub. Bu sızma Rusiya kəşfiyyatının müharibə başlayandan bəri ictimaiyyətə açıq halda olan ilk məlumatı hesab edilir. Qeyd olunub ki, Rusiyanın hərbi teleqram kanalları artıq bunun Pentaqondan sızdırıldığını və internetə qəsdən sızan dezinformasiya olduğunu irəli sürürlər.