ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücumunun yaxın həftələrdə başlayacağını bildirib.
Modern.az "Funke"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bu hərəkətlərini dəstəkləyəcək.
Blinken əlavə edib ki, Krımın qaytarılıb-qaytarılmaması ilə bağlı qərarı Ukrayna verməlidir.
"Ukrayna demokratik ölkədir. Prezident Volodimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır, lakin o, ukraynalıların iradəsini dinləməlidir", - o qeyd edib.