Modern.az

YAP-çı deputatdan “Freedom House”un hesabatına sərt reaksiya

YAP-çı deputatdan “Freedom House”un hesabatına sərt reaksiya

19 İyun 2013, 10:13

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Freedom House" təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabata sərt reaksiya verib. Modern.az-ın məlumatına görə, YAP-çı deputat belə bir hesabatın gözlənilən olduğunu deyib.

“Bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır. Həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar. Bunlardan biri də "Freedom House" təşkilatıdır ki, onun "Keçid dövrü ölkələri-2013" adlı hesabatında Azərbaycan vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilib.

"Freedom House"un hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi.

Ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib.

Amma bütün bunları nədənsə "Freedom House" kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Hesab edirəm ki, həmin təşkilat sadəcə olaraq bunları görmək istəmir. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, "Freedom House"un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi”-deyə A.Mirzəzadə vurğulayıb.

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama