Modern.az

Yol qəzasına düşən deputat: “Qorxulu bir hal yoxdur”

Yol qəzasına düşən deputat: “Qorxulu bir hal yoxdur”

19 İyun 2013, 10:52

Bu gün səhər əksər saytlarda Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobil qəzasına uğradığı xəbəri yayılıb. Hadisənin "Hyatt Regensy" hotelinin yaxınlığında baş verdiyi bildirilir.
  
Modern.az saytı deputatın özü ilə əlaqə saxlayıb. R.Xəlilov yol qəzasına düşdüyünü təsdiqləyərək, hadisəni şişirtməyin əleyhinə olduğunu deyib.
Deputat özünün və sürücüsünün sağlıq durumu ilə bağlı problem yaşanmadığını bildirərək, bunun ciddi yol qəzası olmadığını söyləyib.

Qeyd eək ki, yayılan məlumatda üzbəüz gələn bir maşının qarşı hərəkət zolağına çıxaraq millət vəkilinin avtomobilinə çırpıldığı bildirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama