Modern.az

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının iclası keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının iclası keçirilir

19 İyun 2013, 11:04


Bu gün Milli Məclisdə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, iclasda 14 müsəlman ölkəsindən olan deputatlar, eləcə də müsəlman ölkələrinin Azərbaycandakı səfirləri iştirak edir.

İclas Qurani-Kərimdən ayələr oxunmaqla açılıb. Azərbaycan tərəfdən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun və Azərbaycanın İƏTPİ-də nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyevanın qatıldığı iclasın gündəliyinə 11 məsələ daxil edilib. İki gün davam edəcək iclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. Müzakirələr İslam ölkələri arasında siyasi və iqtisadi əlaqələri, biznes sahəsində əməkdaşlığı, ətraf mühit, insan hüquqları, ailə və qadın məsələlərini əhatə edəcək. İclasın sonunda birgə bəyannamənin imzalanması gözlənilir.  

Gültəkin Ələsgər

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama