“Əgər Azərbaycan Qarabağla bağlı son bəyanatı qəbul eləsə…”
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri prezidentlərinin “Böyük Səkkizlik” sammiti sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat sayca beşincidir”.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağla bağlı verdiyi bəyanatı şərh edərkən bildirib.
“Həmsədr ölkələrin – ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindəki ardıcıl səyləri dəstəkləyirik. Ermənistan bu məsələdə həmsədr ölkələrlə yekdildir. Biz də Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya kimi 2010-cu ilin iyununda Sankt-Peterburq görüşündə, 2010-cu ilin oktyabrında Həştərxan görüşündə, 2011-ci ilin martında Soçi görüşündə və 2011-ci ilin iyununda Kazanda ən yüksək səviyyədə keçirilən görüşlərdə Azərbaycanın birtərəfli güzəştlər əldə etmək cəhdinə təəssüflənirik. Əgər Azərbaycan tərəfi Enniskillin şəhərində həmsədr ölkələrin qəbul etdiyi bəyanatı adekvat qəbul edə bilsə, bu danışıqlar prosesinə stimul verə bilər”.
Aqşin Kərimov