Türkiyədə tanınmış jurnalist deputatlığa namizəd olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş tviter səhifəsində məlumat verib.
E.Baş bildirib ki, partiyadan jurnalistə TİP-in proporsional siyahısından namizəd olmaq təklifi təqdim olunub. İ.Değirmenci təklifi qəbul edib və namizəd olaraq seçkilərə qatılacaq.
"Mətbuat dünyamızın önəmli ismi, hər zaman haqsızlığa uğrayanın yanında olan sevgili Umur Talu millət vəkili namizədliyi ilə bağlı təklifimizi qəbul edərək bizi sevindirdi. Ona təşəkkür edirəm", - deyə partiya sədri yazıb.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. TİP seçkilərə "Əmək və Azadlıq İttifaqı"nın üzvü kimi girir. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb.