Modern.az

Ziyafət Əsgərov: “İslam xalqları birləşdirən mənəvi dəyərdir”

Ziyafət Əsgərov: “İslam xalqları birləşdirən mənəvi dəyərdir”

19 İyun 2013, 11:19


Milli Məclisdə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclasında çıxış edən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov İslam dininin xalqları bir-birinə bağlayan ən böyük mənəvi sərvət olduğunu bildirib.

Modern.az-ın məlumatına görə vitse-spiker qeyd edib ki, dinə bağlılıq insanın daxili aləminin saflaşması, cəmiyyətin hərtərəfli inkişafı üçün mənəvi keyfiyyətlər formalaşdırır. Z. Əsgərovun sözlərinə görə, İslam dini əxlaqı meyarların dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan Respublikasında İslam dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul olunur:

“İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində təşkilatın üzvləri arasında digər məsələlərin daha da möhkəmləndirilməsinə kömək göstərir. Hazırda yer üzünün müxtəlif bölgələrində siyasi, iqtisadi, ekoloji və digər problemlərin bir çoxunu ölkələrin səylərini birləşdirmədən mümkün deyil. Digər tərəfdən, dünya siyasətində cərəyan edən inkişaf meylləri İslam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön plana çəkir. Hesab edirəm ki, islam dini xalqlarımızı bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdən biridir. Dinə bağlılıq insanın daxili aləminin saflaşması, cəmiyyətin hərtərəfli inkişafı üçün mənəvi keyfiyyətlər formalaşdırır. İslam dini əxlaqı meyarların dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan Respublikasında İslam dini dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul olunur. Şübhə yoxdur ki, xalqlarımızın ortaq dəyərləri kimi möhkəm təməl üzərində qurulan iş birliyimizin bölgəmizin tərəqqi və çiçəklənmə zonasına çevrilməyinə gətirib çıxaracaq. Təəssüf ki həll edilməyən bir sıra problemlər, o cümlədən zorla cəlb edildiyimiz Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə törədir. Biz əminik ki, bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri xüsusən bunların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. Əminəm ki, ölkəmizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafeyinə cavab verəcək”.
Gültəkin ƏLƏSGƏR

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama