Çin ordusu aprelin 10-da Tayvandan təxminən 130 kilometr aralıda döyüş atəşli hərbi təlim keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Təlim Tayvan administrasiyasının rəhbəri Tsay İnq-venin ABŞ-a səfəri çərçivəsində baş tutacaq.
Agentlik bildirib ki, hərbi təlimlər yerli vaxtla saat 7:00-dan 20:00-dək Tayvan boğazında keçiriləcək.