Fransa prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpin danışıqlardan sonra birgə bəyanat yayıb.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Bəyanatda iki ölkə arasında strateji dialoqun vacibliyi vurğulanıb, nüvə müharibəsinin qarşısının alınması və Ukraynada sülhün bərqərar edilməsi üçün bütün səylərin əhəmiyyəti dəstəklənib.
Sənəddə xüsusilə qeyd olunub ki, Fransa və Çin dövlətlər arasında fikir ayrılıqlarının və mübahisələrin sülh yolu, dialoq və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırlar.
Qeyd edək ki, Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 5-də Çinə üç günlük səfər ediblər.