Modern.az

“Obama Putinin üzünə deyib ki, bəsdir, Qarabağ məsələsini qurtar!”

“Obama Putinin üzünə deyib ki, bəsdir, Qarabağ məsələsini qurtar!”

19 İyun 2013, 12:01

“ABŞ, Fransa və Rusiya bu qərara gəliblər ki, bu məsələdə Rusiya qullarını-erməniləri müdafiə etsin”.  Bu fikirləri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə prezidentlərin Qarabağ bəyanatını Modern.az-a şərh edərkən bildirib.

Prezidentlərin bəyanatını “dişsiz” hesab edən V.Quluzadə “Səkkizlik ölkələri”nin görüşündə dünya liderlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını deyib:

“Bu olduqca dişsiz bəyanatdır. Mənim yadımdadır, bundan güclü bəyanat 1998-ci ildə Boris Yeltsin, Bill Klinton və Jak Şirak tərəfindən verilib. Bu bəyanat o zaman böyük səs-küy oyatdı. Bildirmişdilər ki, “gələn il Qarabağ məsələsini həll edəcəyik”. Artıq üstündən 15 il keçib. İndi bunların bəyanatından belə çıxır ki, tərəflər bərabər şəkildə günahkardır. Məsələnin mahiyyəti yenə qıraqda qalır. Mən 20 ildir bu prosesləri izləyirəm. Bu cür bəyanatları pisləyirəm. Amma eyni zamanda deyə bilərəm ki, bu bəyanatın pərdəarxası da var. ABŞ, Fransa və Rusiya belə qərara gəliblər ki, bu məsələdə Rusiya öz qullarını –erməniləri müdafiə etsin. Həmin görüşün pərdəarxasında Barak Obama Putinin üzünə deyib ki, bəsdir, daha qutarın bu məsələni”-deyə V.Quluzadə Qarabağ bəyanatını şərh edib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi