Modern.az

Azərbaycandan Qazaxıstana neftlə bağlı vacib TƏKLİF

Azərbaycandan Qazaxıstana neftlə bağlı vacib TƏKLİF

İqtisadiyyat

7 Aprel 2023, 23:20

Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.

 

Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib.

 

Məlumata görə, tərəflər hazırda detalları müzakirə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi