Polşada Ukraynaya məxsus T-64 tanklarının təmirinə başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Polşanın "Polska Grupa Zbrojeniowa" (PGZ) silah şirkəti məlumat yayıb.
Təmir mərkəzi PGZ və Ukraynanın "Ukroboronprom" şirkətləri arasında bağlanmış müqavilə çərçivəsində açılıb. Mərkəzdə T-64 tanklarının təmiri, texniki xidməti, döyüş qabiliyyətinin saxlanması və bərpası həyata keçirilir.
Mərkəzdə gələcəkdə T-72 və PT-91 tanklarına da texniki xidmət göstəriləcəyi bildirilir.