Modern.az

Tatarskiyə görə Kanadaya etiraz - Diplomat XİN-ə çağırıldı 

Tatarskiyə görə Kanadaya etiraz - Diplomat XİN-ə çağırıldı 

Dünya

7 Aprel 2023, 23:00

Kanadanın Moskvadakı səfirliyinin müşaviri Brayan Ebel Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Kanadanın BMT-dəki daimi nümayəndəsi Robert Reyin hərbi müxbir Vladlen Tatarskinin öldürülməsi ilə nəticələnən hadisə ilə bağlı açıqlamalarına etiraz edilib.

 

Aprelin 4-də Robert Rey özünün "Tvitter" səhifəsində Tatarskinin jurnalist olmadığını və "dezinformasiya yayan amansız təbliğatçı" olduğunu bildirib.

 

Xatırladaq ki, "Street Food" adlı kafedə baş verən partlayış nəticəsində hərbi müxbir Vladlen Tatarski ölüb. Onun əsl adı Maksim Fomin olub. Müxbirin "Telegram" kanalının 560 000-dən çox izləyicisi var. Tatarski Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı tez-tez təxribatçı şərhlər yazan nüfuzlu hərbi blogerlərdən biri idi. Partlayışı törətməkdə şübhəli bilinən Darya Trepova həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI