İsrailin paytaxtı Təl-Əviv şəhərində terror aktı törədilib.
Modern.az "Kan 11" telekanalına istinadən xəbər verir ki, silahlı şəxs avtomobildən insanlara atəş açıb.
O, daha sonra maşından düşüb və hadisə yerinə gələn polis əməkdaşlarına atəş açmağa cəhd edib.
Hücum zamanı 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis cinayət törədən şəxsi zərərsizləşdirib.
İsrail Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Mətbuatda ölən şəxsin İtaliyadan olan turist olduğu bildirilir.