Modern.az

Rusiya terror aktına görə cəzaları sərtləşdirir

Rusiya terror aktına görə cəzaları sərtləşdirir

Dünya

8 Aprel 2023, 00:53

Rusiya parlamentinin deputatları terrorizm, dövlətə xəyanət və təxribatda təqsirli bilinənlərə daha sərt cəzalar verilməsini təklif ediblər.

 

Modern.az yerli agentliklərə istinadən xəbər verir ki, parlamentarilərin bu addımı Ukraynadakı müharibə ilə əlaqəlidir.

 

Rusiyada hazırda “terror aktı”nın həyata keçirilməsinə görə verilən maksimum cəza 15 ildir, bunun 20 ilə qaldırılması təklif edilir.

 

Təxribatda təqsirli bilinən şəxslər 15 ildən 20 ilə qədər, “beynəlxalq terrorizmdə” təqsirli bilinənlər isə 12 ildən ömürlük həbs cəzasına qədər azadlıqdan məhrum edilə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI