Bu gün Gəncədə “Regionlarda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-Hökumət əməkdaşlığının rolu” mövzusunda regional konfrans öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökkumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə icra başçısı Elmar Vəliyev çıxış edərək ölkədə gedən sosial-iqtisadi inkişaf və gələcək perspektivlər haqqında danışıb.Məruzə ilə çıxış edən Şura sədri Azay Quliyev də öz növbəsində ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, son illər bu yöndə Şura tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında da tədbir iştirakçılarına məlumat verib.Şuranın yerli QHT-lərlə yanaşı xarici QHT-lərin də maliyyələşdirilməsinə başladığını deyib.
Eyni zamanda Şuranın beş illik fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Konfrans davam edir.