Modern.az

Neftin qiyməti 100 dollar olsa... - Bədbin proqnoz

Neftin qiyməti 100 dollar olsa... - Bədbin proqnoz

8 Aprel 2023, 11:12

2023-cü ilin sonuna qədər neftin bir barreli 100 dollara yüksəlsə, neft tədarükündən çox asılı olan Yaponiya, Hindistan, Almaniya və Fransanın iqtisadiyyatları ağır zərbə alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Dünya" nəşrinin ekspertləri bildirirb.

 

Nəşr qeyd edib ki, OPEC+ üzvlərinin neft hasilatını azaltması səbəbindən neftin qiyməti 100-ə qalxarsa, bu, ABŞ istisna olmaqla, on ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək .Xüsusilə neft idxal edən beş ölkə birbaşa, daha beş ölkə, o cümlədən Türkiyə də dolayı zərər görəcək.

 

Bazar ekspertlərinin fikrincə, yanacaq təchizatından asılı olan ölkələr daha çox zərər çəkəcək. Belə ki, Yaponiya, Hindistan, Almaniya və Fransa bundan birbaşa təsirlənəcək. Cənubi Koreyanın da müəyyən problemləri olacaq, bu ölkədə əsasən sənaye sahələrinə ziyan dəyəcək.

 

Ekspertlər hesab edirlər ki, valyutası çox olmayan inkişaf etməkdə olan bazarlar da neftin bahalaşmasından əziyyət çəkəcək. Ancaq yanacağın qiyməti sabit olmayacaq. Ehtimallara görə, uzunmüddətli perspektivdə neftin bir barelinin qiyməti 80-90 dollar arasında dəyişəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI