Modern.az

Gimnastlarımız dünya kubokunun finalında

Gimnastlarımız dünya kubokunun finalında

İdman

8 Aprel 2023, 11:23

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, yarışa aprelin 9-da yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək