Modern.az

 “Formula-1”lə müqavilə müddəti uzadılır?

 “Formula-1”lə müqavilə müddəti uzadılır?

İdman

8 Aprel 2023, 12:33

Formula 1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

 

O bildirib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran-Prisinin sonuncu ilidir.

 

“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Ümidvarıq ki, Azərbaycan Qran-Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək” - deyə T. Teymurov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək