“Tesla” şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask həftəsonu Çinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.
İş adamının Şanxayda “Tesla” şirkətinə məxsus zavoda baş çəkəcəyi gözlənilir. Bundan başqa, Maskın şəhər rəhbərliyi ilə görüşü planlaşdırılır.