Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.
Bildirilib ki, 12-15 aprel tarixlərində Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclası keçiriləcək.
Ermənistan nümayəndə heyətində Simonyandan əlavə 11 nəfər olacaq, o cümlədən vitse-spiker Ruben Rubinyan da heyətdə yer alacaq.