Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Milli Məclisin sabiq deputatı Nazim Məmmədovu çox adam tanıyır. 2005-2010-cu illərdə parlamentdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin seçicilərini təmsil etmiş Nazim müəllim indi deputat olmasa da, jurnalistlərlə tez-tez ünsiyyətdə olur. O, iqtisadçı ekspert qismində çıxış edir, mətbuata tez-tez açıqlamalar verir. Eyni zamanda biznes fəaliyyətilə də məşğul olan Nazim Məmmədov arada bəzi qalmaqallara da qoşulmaq məcburiyyətində qalıb.
Biz bu dəfə onun oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Nazim Məmmədovun oxşarı heç də ondan az tanınmır. Söhbət Rusiyadakı Azərbaycan diasporunun tanınmış simalarından biri olan Mirəşrəf Fətiyevdən gedir. Dünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada yaşayan iş adamı Mirəşrəf Fətiyev ali təhsilini qonşu ölkədə alıb, iqtisad elmlər doktorudur.
Yeri gəlmişkən, Mirəşrəf müəllimin də adı bir neçə dəfə müxtəlif qalmaqallarda yer alıb.
Diqqətlə baxanda Nazim Məmmədovla Mirəşrəf Fətiyevin xarici görünüşündə, saç düzümündə, sifət cizgilərində müəyyən oxşarlığı görmək mümkündür.
Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/
Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/
Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/
Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/
Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/
Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35675/1/
Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/
Azərbaycandakı oxşarlar- XVII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36950/1/
Azərbaycandakı oxşarlar - XVIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37279/1/
Azərbaycandakı oxşarlar - XIX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37493/1/
Azərbaycandakı oxşarlar - XX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/38252/1/
Hitlerin azərbaycanlı oxşarı… FOTO
//modern.az/articles/38486/1/
Azərbaycandakı oxşarlar - XXII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR //modern.az/articles/39233/1/