Modern.az

Zelenski Əminə Cabbarovanı Hindistana göndərir 

Zelenski Əminə Cabbarovanı Hindistana göndərir 

Dünya

8 Aprel 2023, 21:51

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova Hindistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "The Hindu" nəşri öz mənbələrinə istinadən yazıb.

 

Bildirilib ki, bu, Ukraynada müharibə başlayandan bəri Hindistana yüksək səviyyədə ilk səfər olacaq.

 

Nəşrin məlumatına görə, xanım Cabbarova Hindistandan enerji infrastrukturunun təmiri üçün humanitar yardım ayrılmasını və avadanlıqla təmin olunmasını xahiş edəcək. Onun Hindistanın baş naziri Narendra Modini Kiyevə səfərə dəvət edəcəyi gözlənilir.

 

Diplomatik mənbələr yekun razılaşmaların hələ də müzakirə edildiyini, lakin nazir müavininin Dehliyə gedəcəyini və nazirliklərarası dialoqun, eləcə də media və beyin mərkəzləri ilə görüşün olacağını təsdiqləyiblər.

 

“Reuters” agentliyi Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əminə Cabbarova aprelin 9-da Hindistana dördgünlük səfərə yollanacaq və səfər zamanı Ukraynadakı vəziyyəti, qlobal məsələləri müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI