Qazaxıstanın Çimkənd şəhərində idarəsiz qalan avtobus piyadaları əzib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb.
Məlumata görə, sürücü avtobusu saxlayaraq nəqliyyat vasitəsini tərk edib. Bu zaman avtobus əks tərəfə keçib və piyadaların üzərinə çıxıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.