Rusiyanın Belqorod vilayətində İkinci Dünya müharibəsindən qalma döyüş sursatı parlayıb.
Modern.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O bildirib ki, Pokrovo-Mixaylovka kəndində 17 yaşlı iki gənc tapdıqları mərmini sökməyə cəhd edib və bu zaman partlayış baş verib.
Hadisə nəticəsində gənclərdən biri beyin sarsıntısı keçirib, digəri qol və ayaqlarından qəlpə yaraları alıb.