Modern.az

Ukraynaya 100 zirehli texnika göndərilir

Ukraynaya 100 zirehli texnika göndərilir

Dünya

9 Aprel 2023, 00:56

Polşa Ukraynaya daha 100 ədəd "Rosomak" zirehli texnikasını tədarük etməyə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

 

O bildirib ki, maşınların tədarükü barədə razılıq Polşaya rəsmi səfəri zamanı əldə olunub.

 

Zelenski deyib ki, Varşava Kiyevi özüyeriyən minaatanlar, əlavə raketlər və MiQ təyyarələri ilə də təmin edir.

 

Qeyd edək ki, maşınların tədarük edilməsini Avropa İttifaqı və ABŞ maliyyələşdirir. Polşa mətbuatının məlumatına görə, zirehli texnika zavodu ildə 100 maşın istehsal edə bilər, lakin zavod iki növbədə işləməyə keçərsə, o zaman istehsal həcmi iki dəfə arta bilər. 

 

"Rosomak" zirehli transportyoru Polşa Silahlı Qüvvələrinin flaqman texnikasıdır. Təkərli zirehli transportyor bir neçə modifikasiyada istehsal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI