Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binasının çökməsi nəticəsində 5 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə şəhər meri Benoit Payan bildirib.
***
07:55
Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.
Modern.az xəbər verir ki, bu barədə şəhər meri Benoit Payan bildirib.
Onun sözlərinə görə, saat 00:40-da Tivoli küçəsindəki 17 nömrəli bina uçub, 15 və 19 nömrəli binalar qismən zərər çəkib. Bitişik binaların sakinləri təxliyə edilib.
“Binanın uçmasının səbəbi hələlik bilinmir, lakin partlayışın olmasından şübhələnirik”, - deyə mer vurğulayıb.