Azəri Gənclər Alyansı Beynəlxalq Mətbuat Mərkəzində “ Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu” mövzusunda dəyirmi masa təşkil edib. Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya millət vəkilləri, taninmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan və məzun olmuş gənclər və media mənsubları qatılıblar.
Tədbiri giriş sözü ilə açan Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli bildirib ki,xaricdə təhsil alan Azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətin inkişafında xüsusi rol oynayır. Bildiyiniz kimi, 2013-cü il oktyabrın 16-da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Dövlətimiz üçün belə məsuliyyətli bir zamanda bizim təşkilatımız də öz töhvəsini təkilf edir. Hər il istər dövlət təqaüdü, istər fərdi qaydada Azərbaycandan xarici ölkələrə yüzlərlə tələbə yollanır, bir o qədər də vətəndaşımız mötəbər ali təhsil ocaqlarını bitirərək mütəxəssis kimi geri dönür. Xaricdə təhsil alan və məzun olmuş gənclərin potensial qüvvəsindən ölkəmizin tərəqqisi naminə daha çox istifadə olunması üçün təşkilatımız qarşıdan gələn seçkilərində gənclərin fəallılığını artırmaq naminə bir sıra mühüm işlər görmək niyyətindədir. Bu gənclərin həm vətəndə, həm də onun hüdudlarından kənarında olan böyük imici və potensialından vətənimizin daha da güclənməsinə sərf etməyi nəzərdə tutmuşuq. Bu gənclər həm fəal təbliğatçı, həm də təşviqatçı rolunda iştirak edəcəklər. Onlar həm özləri fəal seçici olmaqla bərabər, həm də seçkilərdə passiv iştirak edən gənclərin fəallaşmasında fəaliyyət göstərəcəklər. Azərbaycanda 2013-cü ilin prezident seçkilərinin sözün əsl mənasında “gənclərin seçkisi” olması potensialı böyükdür. 19-30 yaş arasında seçicilərin təxminən 30% gənclərin təşkil etməsi buna sübutdur. Bugün Azərbaycanda gənclərin seçkilərdə fəal olması üçün heç bir maneə yoxdur. Bu səbəbdən xarincdə təhsil almış gənc seçicilər fəal iştirak etməli və vətəndaş borclarını yerinə yetirməlidirlər.
Sonra çıxış edən millət vəkilləri Ceyhun Osmanlı və Sevinc Hüseynova, Azərbaycan Gənclər Fondunun əməkdaşı Vaqif Seyidbəyov, ASAİF-ın sədri Ramin Həkimov,AGAT sədri Gülsel Səfərova, Avropa Hərəkatının sədri Ramin Hacılı, İrəli İB-nin həmtəsisçisi, Elnara Qəribova, AAA-ın baş katibi Rövşən Nəcəfov və seçki məsələləri üzrə təcrübəli ekspertlər Şəfəq Mehraliyeva və Vəsilə Əbilhəsənova qeyd ediblər ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir. Dünyanın mötəbər ali təhsil ocaqlarını bitirən gənclərimiz həm dostları, həm də yaxin çevrələri, qohumları arasında adətən, böyük nüfuza sahib olurlar. Onlar nüfuzlarından istifadə edərək seçki kampaniyalarında dostlarını, yaxın çevrələrindəki gəncləri fəallaşdıra bilərlər. Bu həm də passiv gənclərin seçkilərdə fəallaşmasına səbəb ola bilər. Gənclər indiki dönəmdə cəmiyyətin təkanverici avnqard hissəsidir. Onlar cəmiyyətdə detanator rolunu oynayırlar və cəmiyyətin digər təbəqələrini də hərəkətə gətirirlər. Cıxış edən fəal gənclər və ekspertlər qeyd etdilər ki, gənclərin seçki prosesində və səsvermədə fəal iştirakı ilk öncə bu il seçici siyahısına əlavə edilən 558 min nəfərdə siyasi mədəniyyət və seçki fəallığı vərdişinin formalaşdırılmasına yardım edir. Bundan əlavə, gənclərin səsvermədə iştirakı onların ailə üzvlərinin də bu prosesdə fəal olmasına bilavasitə müsbət təsir edir. Xususilə də, gənclərdə şəbəkələşmə qabilliyyəti yaşlı nəsilə nisbətən daha yüksək olduğuna görə onların səsvermədə çox sayda iştirak etməsi ehtimalı daha yüksəkdir. Bu səbəbdən, xaricdə təhsil alan gənclər öz ailələri, dostları, icması və cəmiyyətlərində müsbət mənada söz sahibi olurlar. Onlar seçki prosesində fəal olmaqla digərlərinə nümunə olmalıdırlar.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb və çıxış edən gənclər Azərbaycanda keçiriləcək seçkilərdə hazırda xaricdə təhsil alan və xaricdə təhsilini bitirərək vətənə dönən tələbələrin fəallaşdırılması və onların apardığı təbliğat nəticəsində seçki kampaniyalarında passiv iştirak edən gənclərin seçkilərə fəal qoşulmasını təmin edilməsinin əhəmiyyətindən söz açaraq bu sahədə nöqsanların aradan qaldırılması, növbəti addımların müəyyən edilməsi üçün təkliflər veriblər.
Modern.az