Modern.az

Kəndə silahlı hücum zamanı 21 nəfər öldürülüb

Kəndə silahlı hücum zamanı 21 nəfər öldürülüb

Dünya

9 Aprel 2023, 10:17

Konqo Demokratik Respublikasının şərqində kəndə silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, yerli vətəndaş cəmiyyətinin lideri Patrick Mukohenin məlumatına görə, üsyançı Müttəfiq Demokratik Qüvvələr Enebula kəndi yaxınlığında fermerlərə pusqu qurub. Hadisə yerində kişi və qadınlara məxsus olan 21 cəsəd aşkarlanıb.

 

Qeyd edək ki, İŞİD terror təşkilatına bağlı olan Müttəfiq Demokratik Qüvvələr 1990-cı illərdən Konqo Demokratik Respublikasının şərqində möhkəmlənib və o vaxtdan bəri minlərlə dinc sakini qətlə yetirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI