Modern.az

Ukraynada Rusiya hücumları səngiyib - ABŞ institutu

Ukraynada Rusiya hücumları səngiyib - ABŞ institutu

Dünya

9 Aprel 2023, 10:45

Rusiyanın cəbhədəki hücumları səngiyib və əsas diqqəti Ukrayna Silahlı Qüvvələrinin istiqamətini dəyişdirməyə və onların əks-hücumunu gözləyərək Ukrayna qoşunlarını dağıtmağa yönəldib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib.

 

Ukrayna və Rusiya mənbələrinin məlumatına görə, bütün cəbhə xətti boyunca Rusiyanın hücum əməliyyatlarının tempi azalır. Baxmut və onun ətraflarında hücumların sürəti bəzi ərazilərdə bir qədər səngiyib, bəzilərində isə tamamilə dayanıb. Həmçinin Rusiyanın Avdiyevkaya hücumu və Marinkanın Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində oxşar proses gedir.

 

Qeyd olunub ki, Rusiya qüvvələri Baxmutun mərkəzində və cənub-qərbində irəliləməyə davam edirlər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI