Modern.az

Deputat: “O təzə açılan restoran mənim deyil, oğlumundur”

Deputat: “O təzə açılan restoran mənim deyil, oğlumundur”

19 İyun 2013, 14:35

Modern.az xəbər verir ki, dünən Bakıda yeni restoran açılıb. “Atlantiks” adlı bu restoranın deputat Əliağa Hüseynova aid olduğu bildirilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən millət vəkili xəbərə belə aydınlıq gətirib.

“Restoran mənim deyil, oğlumundur. Bizneslə məşğul olur və belə bir restoran açıb, burada nə var ki?”.

Oğlu Nizami Hüseynovun bizneslə məşğul olduğunu vurğulayan millət vəkili qeyd edib ki, dünən restoranın açılışında olub və açılışa mötəbər qonaqlar dəvət olunub.  

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama