Modern.az

“Kökünü Qurutma Əməliyyatı”: 77 ünvanda axtarış aparıldı

“Kökünü Qurutma Əməliyyatı”: 77 ünvanda axtarış aparıldı

Dünya

9 Aprel 2023, 11:13

Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu dəfə əməliyyat Mersin vilayətində gerçəkləşdirilib.

 

Bildirilib ki, əməliyyat çərçivəsində 77 ünvana basqın edilib. 450 personalın iştirakı ilə keçirilən əməliyyatda xüsusi təlim görmüş itlərin köməyindən istifadə edilərək axtarış aparılıb.

 

Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI