"Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını yada salmır, amma Rusiyanın Belarusda belə silahlar üçün anbarlar tikmək planlarına isterik reaksiya verir".
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.
Moskvada keçirilən danışıqlarda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib:
"Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin çox təmkinsiz reaksiyasını görürük. Xüsusən, prezident Putinin verdiyi açıqlamalara”.