Belarusun sənaye naziri Aleksandr Roqojnik Rusiya-Belarus ittifaq dövlətinin Ali Dövlət Şurasının iclasının nəticələrini şərh edib.
Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, o, nəticələri yüksək qiymətləndirib.
"Belarus və Rusiya texnoloji əməliyyatların tanınması və vahid sənaye siyasətinin həyata keçirilməsinə dair sazişlərin həyata keçirilməsi mexanizmini hazırlayırlar. Bu sazişlərin əsas məqsədi iki ölkənin sənaye sahələrinin koordinasiyalı işini təmin etməkdir", - nazir vurğulayıb.
Qeyd edək ki, ittifaq dövlətinin yaradılması ilə bağlı ilk razılaşma 1999-cu ildə imzalanıb.