Modern.az

Elçibəyin qardaşı: ”Dövlət hələ də müraciətimizə cavab verməyib”

Elçibəyin qardaşı: ”Dövlət hələ də müraciətimizə cavab verməyib”

19 İyun 2013, 15:04

“Hələ hakimiyyət mərhum prezident Əbülfəz Elçibəyin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı bizə heç bir məlumat verməyib”. Bunu Modern.az-a açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə, dövlətə yubiley tədbiri ilə bağlı müraciət etsələr də, hələlik bu barədə bir söz deməyiblər.

Xatırladaq ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy (Əliyev) 1938-ci il iyunun 24–də Ordubadın Kələki kəndində anadan olub. Azərbaycanda milli azadlıq hərəkatına rəhbərlik etmiş Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri olub. 1992-ci ilin iyunun 7-də  keçirilən prezident seçkilərində yüksək səs toplayaraq Azərbaycanın prezidenti seçilib. 1993-cü ilin iyun qiyamın zamanı  hakimiyyətdən devrilib. Mərhum keçmiş prezident 2000-ci ilin avqustun 22-də  Türkiyənin paytaxtı Ankarada vəfat edib və Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama