Modern.az

AKP hazırkı deputatlarının 70 faizini namizəd göstərməyəcək

AKP hazırkı deputatlarının 70 faizini namizəd göstərməyəcək

Dünya

9 Aprel 2023, 15:23

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırda deputat olan partiya üzvlərinin 70 faizini namizəd göstərməyəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, partiyanın proporsional siyahısında yeni simalara üstünlük verilib.

 

Xüsusən, gənclərin və qadınların namizədliyininin irəli sürülməsində artım müşahidə olunur. Siyahılar tərtib olunarkən rəy sorğularının nəticələri də nəzərə alınıb.

 

Qeyd edək ki, bu gün partiyaların proporsional siyahılarını Ali Seçki Komissiyasına təqdim etməsi üçün son gündür. Komissiya namizədlərin yekun rəsmi siyahısını 19 apreldə elan edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI