Modern.az

AKP, CHP və İYİ Partiyanın deputatlığa namizədləri açıqlandı

AKP, CHP və İYİ Partiyanın deputatlığa namizədləri açıqlandı

Dünya

9 Aprel 2023, 17:03

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP), "Millət İttifaqı"nın üzvləri olan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyanın deputatlığa namizədlərinin yer aldığı proporsional siyahılar açıqlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahılar Ali Seçki Komissiyasına təqdim olunmaqdadır.

 

Bundan əvvəl Milliyyətçi Hərəkat Partiyası (MHP) da namizədlərinin siyahısını Komissiyaya təqdim etmişdi.

 

Qeyd edək ki, bu gün proporsional siyahıları Ali Seçki Komissiyasına təqdim etmək üçün son gündür.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI