Nizami adına Ədəbiyyat İnstituna yeni direktor təyin edilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bu vəzifədə də qalmaq şərti ilə Nizami adına Ədəbiyyat İnstitunun direktoru təyin olunub.
Xəbəri
Modern.az-a təsdiqləyən İsa Həbibəyli Ədəbiyyat İnstitutu ilə bağlı planlarından da danışıb.
“Ədəbiyyat İnstitutu böyük ənənələri olan institutdur. Burada ədəbiyyat sahəsinin görkəmli nümayəndələri çalışıblar. Biz davamlı olan və bunun üçün də zəruri olanları qoruyub saxlaya bilərik. Amma eyni zamanda ədəbiyyatşunsalığımızın elmi istiqamətini saxlamaqla yanaşı, Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafına, milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə, ədəbiyyatımızın daha dərindən tətbiq olunmasına və dünyaya çıxarılmasına çalışacağıq. Hümanitar sahə olsa da, Ədəbiyyat İnstitutunun da fəaliyyətində informasiya texnologiyaların tətbiqinə geniş yer verəcəyik”.
Qeyd edək ki, uzun müddətdən bəri Nizami adına Ədəbiyyat İnstitutunun direktor vəzifəsini əvəzedicilər icra edirdi. Son günlərə kimi direktor əvəsi Teymur Kərimov idi.
İndi AMEA-nın iki institutunda - Nəsimi adına Dilçilik İnstitutu və Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor vəzifələrini əvəzediciləri icra edir.
Aytən ƏLİYEVA