Roma Papası Fransisk ənənəvi Pasxa nitqini Ukraynada sülhə həsr edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Vatikan lideri qarşısına 100 minə qədər insanın toplaşdığı eyniadlı meydanda Müqəddəs Pyotr kilsəsinin eyvanından danışaraq, dünyanın digər bəlalarını da xatırladıb.
Pasxa müraciətində pontifik Müqəddəs Torpaqda zorakılığa son qoymağa, Livan və Tunisdə sabitliyə çağırıb.