Modern.az

ABŞ İranı çəkindirmək üçün bu addımı atdı

ABŞ İranı çəkindirmək üçün bu addımı atdı

Dünya

9 Aprel 2023, 19:11

ABŞ İranı çəkindirmək və dünyanın ən işlək gəmi kanallarından birinin sabitliyini qorumaq məqsədi ilə Yaxın Şərqə sualtı qayıq göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Hokins bildirib.

 

Bundan əvvəl ABŞ gəmisinin Süveyş kanalından keçdiyi açıqlanıb. Hopkinson sözlərinə görə, 154 ədəd "Tomahawk" qanadlı raket daşıya bilən gəmi aprelin 6-da bölgəyə daxil olub.

 

"Son hadisələr, o cümlədən Suriyadakı zərbələr və İranın ticarət gəmilərinə açıq təhdidləri bizi ayıq-sayıq olmağa vadar etdi", - ABŞ təmsilçisi deyib.

 

Xatırladaq ki, ABŞ və İsrail kəşfiyyatı İranın Yaxın Şərqdə yeni hücumlara hazırlaşması barədə məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI