Modern.az

Şabranda avtobus qəzası - xeyli yaralı var

Şabranda avtobus qəzası - xeyli yaralı var

19 İyun 2013, 15:21

Bu gün günorta saatlarında Şabran rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı sərnişin avtobusu ilə “Daewoo” markalı yük maşını toqquşub.
 
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama