Bakıda cərimə meydançasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş verən yanğında müxtəlif markalı bir neçə avtomobil yanıb. Ərazidə olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.