Femen qrupu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana etiraz edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, çılpaq qızlar hətta sosial şəbəkələrdə "Ərdoğana çatmaq üçün bizə kömək edin" şərti adı altında kampaniyaya başlayıblar.
“Sinəmizlə Türkiyə hakimiyyətinə müqavimət göstərməyə hazırıq. Hal-hazırda Türkiyəyə getmək üçün pul yığırıq”-deyə femen müraciət edib.
Çılpaq bədənlərinə Türkiyə bayrağı çəkən qızlar Türkiyədəki aksiyaçılara dəstək olacaqlarını deyiblər.
Modern.az