Modern.az

Bakıda güclü yanğın - Ölənlər var

Bakıda güclü yanğın - Ölənlər var

Hadisə

10 Aprel 2023, 09:04

Bakıda sexdə yanğın olub.

 

Modern.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

 

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

 

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal