Modern.az

Şirkət rəhbərinin yarım milyonluq cinayəti ifşa oldu

Şirkət rəhbərinin yarım milyonluq cinayəti ifşa oldu

19 İyun 2013, 15:54

Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla "Törnist Konstrakşn" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda qeyd edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama