Bu il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda 1 milyon 755,8 min əmək müqaviləsi olub.
Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min ədəd və yaxud 25,2% çoxdur.
Həmçinin qeyd olunub ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 298,1 min vahid və yaxud 55,2 % artaraq 838 min təşkil edib.