Modern.az

Vaqif Əsədov: "Yanan maşınlara görə yol polisi məsuliyyət daşıyır"

Vaqif Əsədov: "Yanan maşınlara görə yol polisi məsuliyyət daşıyır"

19 İyun 2013, 16:03


“Bakıda cərimə meydançasında yanğın baş verməsi və avtomobillərin yanmasına Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib. İdarənin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Modern.az-a açıqlamasında bildirib ki, yanğınla bağlı aiddiyatı tədbirlərin görüldüyünü bildirib. “Elektrik naqillərində olan nasazlıq nəticəsində yaranan yanğın müvəqqəti mühafizə olunan dayanacaqdakı avtomobillərə də təsir edib. Yanğınsöndərənlər vasitəsilə yanğın söndürülüb. Bir neçə maşın yanıb. Nə qədər maşının yandığını deyə bilmərəm. Hələlik bildiyim budur. Yanğınla əlaqədar nə kimi tədbirlərin görüləcəyi və ya müəyyən işlərin görülməsi üçün aiddiyyatı addımlar atılacaq. Müvəqqəti mühafizə dayanacaqlarında saxlanılan avtomobillərin təhlükəsizliyinə yol polisi idarəsi məsuliyyət daşıyır.  Məsələ araşdırılsın, ondan sonra qanunvericiliyin tələbi nədirsə ona uyğun tədbir görüləcək".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş verən yanğında müxtəlif markalı bir neçə avtomobil yanması barədə məlumat yayıb. Qeyd olunur ki, ərazidə olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.   

Aytən ƏLİYEVA  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama