Modern.az

Hüquqşünas: “Cərimə meydançasında yanan maşınlara görə kompensasiya ödənməlidir”

Hüquqşünas: “Cərimə meydançasında yanan maşınlara görə kompensasiya ödənməlidir”

19 İyun 2013, 16:25

“Cərimə meydançasına avtomabillərə dəymiş ziyan tam şəkildə ödənilməlidir”. Bu sözləri Modern.az saytına açıqlamasında hüquqşunas Aslan İsmayılov deyib. O qeyd edib ki, cərimə meydançalarını quraşdıran rəsmi dövlət strukturları orada təhlükəsizlik qaydalarına əməl etməli idi.

“Fərqli yanğının baş verməsindən asılı olmyaraq məsuliyyət həmin cərimə meydançasını idarə edənlərdədir. Vətəndaşlara dəymiş ziyan bazar qiymətləri şəklində ödənilməlidir” deyə Aslan İsmayılov vurğulayıb.  

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş verən yanğında müxtəlif markalı 50-dək avtomobilin yanması barədə məlumat yayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.    

Aytən ƏLİYEVA
   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama