Fransada mühacirətdə olan ABU rektoru Elşad Abdullayev yeni audioyazı yayıb. Yazıda E.Abdullayevlə Arzu Kazımovun dialoqu yer alır.
E.Abdullayev qeyd edir ki, bu audioyazı hazırda həbsdə olan Arzu Kazımovla onun arasında 01 aprel 2005 il tarixində qeydə alınıb.
Sabiq rektor qeyd edir: "Hazıra qədər Arzu Kazımovun cinayət əməli haqqında 4 video ğörüntü və 4 audieo fakt sosial şəbəkəkərdə ictimailəşdirilmişdir. Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin. Lakin bu günə qədər Azərbaycan Respublikası Baş Prokurorlugu yanında yaradılmış Müstəqil İstintaq Komissiyası azərbaycan vətəndaşı Arzu Firudin oglu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Lakin, bu günə qədər Azərbaycan Respublikası Baş Prokurorlugu yanında yaradılmış Müstəqil İstintaq Komissiyası digər gözlə görünən və qulaqla eşidilən video-audeo təkzibolunmaz faktlarda oldugu kimi azərbaycan vətəndaşı Arzu Firudin oglu Kazımovun cinayət əməllərinə də düzgün hüquqi qiymət verməyib”.
Modern.az musavat.com-a istinadən audioyazını təqdim edir:
Modern.az